İyulun 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava az buludlu olacaq, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
əsasən gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir.