İYUNUN 30-DA BERLİNDƏ VI TÜRK GÜNÜ ŞƏNLİYİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Almaniyanın Berlin şəhərində VI Türk Günü şənliyi keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Berlin Türk Cəmiyyətinin təşkil etdiyi tədbirdən məqsəd Almaniyadakı türk icmasının fəaliyyətinin 45 illiyini qeyd etmək və türk diasporu ilə alman xalqı arasında qarşılıqlı fəaliyyət və tolerantlığın daha da inkişafına inamı nümayiş etdirməkdir.
Almaniyada, eləcə də Avropanın digər dövlətlərində yaşayan və fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarından, dost millətlərin icmalarından və yerli ictimaiyyətdən 500 minədək nümayəndənin qatılacağı VI Türk Günü şənliyində Dövlət Komitəsinin əməkdaşları da iştirak edəcəklər.
Türk Günü Avropada yaşayan 3 milyonadək türkün gücünü və birliyini göstərir, eyni zamanda türk mədəniyyətinin tanınmasında bir vasitədir. Bu tədbir türklərin folklorunu, milli musiqisini və rəqslərini, müasir incəsənət nümunələrini, eləcə də zəngin mətbəxini avropalılara təqdim etmək üçün müstəsna bir fürsətdir. Şənlik həm də Türk-Alman Mədəniyyət Bayramına hazırlıq xarakteri daşıyır.
Almaniyanın Brandenburq qapıları önündə iki gün davam edəcək VI Türk Günü şənliyi Türkiyənin “TRTint” televiziya kanalı vasitəsilə canlı yayımlanacaqdır.
Daha ətraflı məlumatı www.türkgünü.de saytından almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]