Kabilin atəşə tutulması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb
Bakı, 7 mart, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabilin atəşə tutulması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Martın 7-də ölkənin siyasi xadimlərinin görüşünün keçirildiyi Kabil şəhərinə 10-dan çox mərmi atılıb. Həmçinin görüşün keçirildiyi yerin yaxınlığında atəş səsləri eşidilib. Siyasətçilər paytaxtın qərbində mücahidlərin lideri Abdullah Əli Məzarinin həlak olmasının ildönümünə həsr olunan tədbirə yığışmışdılar.
İnsident nəticəsində ölkə prezidenti postuna namizədlərdən biri - Əfqanıstan Milli Konqresi partiyasının lideri Əbdül Lətif Pedramın, digər namizədin isə 8 mühafizəçisinin yaralandığı bildirilir.
Əfqanıstanda prezident seçkiləri iyulun 20-nə təyin olunub. Seçkilərdə 18 namizəd, o cümlədən 2014-cü il seçkilərində prezident kürsüsü yarışında əsas rəqiblər olan Əşrəf Qani və Abdullah Abdullah qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [14:05]
Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək
- 18.06.2026 [13:53]
Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]