Kaliforniyada Azərbaycan bayrağı qaldırılıb
18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda xalqımızın verdiyi qurbanlardan, müstəqil dövlət kimi ölkəmizin əldə etdiyi uğurlardan və qısa müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsindən söhbət açıb.
San Xose şəhərinin meri Çak Rid Azərbaycan bayrağının meriya qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
San Xosedə fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin rəhbəri Mehriban Məmmədova bundan sonra ənənəvi olaraq hər il Dövlət Müstəqilliyi Günü münasibətilə meriya qarşısında bayrağımızın qaldırılacağını söyləyib.
Dövlət bayrağının qaldırılması Azərbaycan İcma Mərkəzinin rəhbəri Mehriban Məmmədovanın təşəbbüsü, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə baş tutub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
San Xose
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]