Kamboca Baş nazirinin partiyası parlament seçkilərində qələbə qazanıb
Bakı, 24 iyul, AZƏRTAC
Kambocada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin rəhbərlik etdiyi Kamboca Xalq Partiyası qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, “Khmer Times” qəzetinin yaydığı məlumata görə, Kamboca Xalq Partiyası səslərin təxminən 78-80 faizini qazanıb.
Qeyri-rəsmi nəticələrə görə, parlamentin aşağı palatasındakı 125 yerdən 120-ni Kamboca Xalq Partiyası, 5-ni isə “Müstəqil, neytral, sülhsevər və əməkdaşlıq edən Kamboca Uğrunda Milli Cəbhə” partiyası əldə edəcək.
Səsvermədə 8 milyon 177 min 53 nəfər, yəni səsvermə hüququna malik vətəndaşların 84,21 faizi iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]