Kanada müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq
Bakı, 29 may, AZƏRTAC
Kanada hökuməti yaxın illərdə, o cümlədən NATO daxilində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Devid Makqintiyə istinadla CBC telekanalı məlumat yayıb.
Məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Ottavada Kanada və xarici silah şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib. Nazir onları "Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması" üçün federal büdcədən əhəmiyyətli məbləğlərin tezliklə ayrılmağa başlayacağı faktına hazır olmağa çağırıb. Ölkənin yeni büdcəsinin payızda təqdim ediləcəyi gözlənildiyi üçün Makqinti konkret parametrlər təqdim etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]