Kanadada daşqınlar nəticəsində dörd nəfər itkin düşüb
Bakı, 24 iyul, AZƏRTAC
Kanadanın Yeni Şotlandiya əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ikisi uşaq, dörd nəfər itkin düşüb.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, ölkənin bir sıra bölgələrinə 24 saat ərzində üç aylıq normaya yaxın yağış yağıb. Daşqınlar 80 mindən çox insanı elektriksiz qoyub və yeddi körpünü dağıdıb. Baş nazir Castin Trüdo hökumətin təbii fəlakətdən zərər çəkən insanlara hər cür kömək göstərəcəyini bildirib.
Kanadanın Meteorologiya Xidməti ölkənin şərq bölgəsində şiddətli yağışların iyul ayının 30-dək davam edəcəyi barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]