Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanadada Mehriban xanım Əliyevanın “İlahi Muza – Azərbaycan muğamının hamisi” adlı abidəsi qoyulmuşdur

Bakı, 6 sentyabr (AZƏRTAC). Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanımın abidəsi elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri çox böyük uğurla keçmiş, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olmuş, akademik, Niaqaranın xoşməramlı səfiri, Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilmişdir.

Tədbirin əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev AZƏRTAC-a bildirmişdir ki, Kanada parlamentinin deputatı Monte Kvinter Mehriban xanım Əliyevanın Ömər Eldarov tərəfindən hazırlanmış “İlahi Muza - Azərbaycan muğamının hamisi” adlı heykəltəraşlıq portretini “zəmanəmizin təsviri sənət şedevri” adlandırmışdır.

Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Beynəlxalq Niaqara Festivalı çərçivəsində keçirilmişdir. Festivalın bədii rəhbəri Atis Bankas demişdir ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

“Biz, Kanada musiqi mədəniyyətinin nümayəndələri və Niaqaranın dövlət rəsmiləri Azərbaycan muğamının böyük pərəstişkarları və sərrafları kimi belə hesab edirik ki, Kanadada, onun Niaqara kimi nadir təbii və coğrafi regionunda Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin sonunda gözəl bir təsviri sənət nümunəsinin, Azərbaycan muğamının hamisi olan İlahi Muzanın heykəlini özümüz üçün kəşf etdik. Biz bunu mühüm tarixi hadisə hesab edirik” - deyən Atis Bankas onu da bildirmişdir ki, Ömər Eldarovun bu görkəmli heykəltəraşlıq əsəri “böyük ustalığa və bədii kamilliyə görə” XII Beynəlxalq Niaqara festivalının Qran-prisinə layiq görülmüşdür.

Kanadalı təsviri sənət biliciləri bu sərgidə Azərbaycan musiqi sənətinin böyük dühaları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Əminə Dilbazi, Müslüm Maqomayev və başqalarının heykəltəraşlıq obrazları ilə daha yaxından tanış olmaq imkanı əldə etmişlər. Görkəmli heykəltəraş Ömər Eldarov bu əsərləri qranit, mərmər və tuncdan böyük ustalıqla və bədii təsir qüvvəsi ilə yaratmışdır. Kanadanın tələbkar ekspertləri Ömər Eldarovu “Şərqin Mikelancelosu” adlandırmışlar. Heykəltəraşlıq portretləri sərgisində bütün türk dünyasının iki lideri - Heydər Əliyev və Atatürkün möhtəşəm portretləri xüsusi yer tuturdu.

Ömər Eldarovun sərgisi başa çatandan sonra muğam studiyasında Azərbaycan sənətçiləri Ramiz Quliyevin, habelə Ehtiram Hüseynov, Sahib Paşazadə və Cefri Verbaxın muğam triosunun konserti olmuşdur. Onlar Azərbaycan xalq mahnılarını, muğamlarından seçmə nümunələri əsl yaradıcılıq fədakarlığı ilə ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqiçilərinin böyük ustalığına, xalq musiqisi nümunələrinin mükəmməlliyinə heyran olduqlarını bir daha bildirmişlər.

Kanadanın mədəni ictimaiyyəti tərəfindən Azərbaycan simfonik musiqisinə və muğamına, təsviri incəsənət və heykəltəraşlıq nümunələrinə çox böyük marağı Şimali Amerika qitəsində Azərbaycan incəsənətinin çox populyar və tamaşaçı ehtiyacı duyulan olmasına, dünya mədəni irsinin qiymətli xəzinəsi kimi Azərbaycan mədəniyyətinin bütün dünyada tanınmasına daha bir parlaq sübut oldu. Beynəlxalq Niaqara Musiqi festivalı çərçivəsində Kanadada keçirilmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqara Beynəlxalq festivalının rəhbərləri - Toronto Kral Konservatoriyasının professoru Atis Bankas və “İpək yolu” Niaqara kamera orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıyev tərəfindən Avropa İttifaqının mədəniyyət departamentinin dəstəyi ilə həyata keçirilən qlobal qitələrarası “Dünyanın Qızılgülü” mədəni layihəsinin tərkib hissəsi oldu.

Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri 2008-ci ildə Niaqaranın ən fəxri guşəsində - Niaqara meriyasının Court House memorial zalında xalqımızın ulu öndəri Heydər Əliyevə ucaldılmış büstün önünə tər çiçəklər qoyulması mərasimi ilə başlanmışdır.

Mədəniyyət və incəsənət günlərinin təşkilatçılarından biri - İsmayıl Hacıyev demişdir: “Heydər Əliyev bizim üçün təkcə XX əsrin böyük dövlət və siyasi xadimi deyil, həm də ümumbəşəri mədəni birliyin ən parlaq rəmzidir. Şərqin və Qərbin görkəmli mədəniyyət nümayəndələri Heydər Əliyevin dostları və həmməsləkləri olmuşlar. Heydər Əliyev XX əsrin nəhəng siyasi xadimləri arasında yer üzündə ümumi sülhün bərqərar olması naminə Şərq ilə Qərb arasında permanent mədəni dialoq yaradılmasına çox böyük töhfə vermişdir”.

Niaqaranın qubernatoru Geri Borrou demişdir: “Azərbaycan musiqisi, onun təsviri sənəti, nadir qədim muğam minlərlə Kanada və Amerika sakininin, Niaqara festivalının iştirakçıları olan dünya ölkələrinin çoxunu təmsil edən görkəmli musiqiçilərin qəlbini öz bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə fəlsəfi məzmununun dərinliyi ilə fəth etmişdir. Burada Şərq və Qərb sivilizasiyalarının böyük mədəni ənənələri və nailiyyətləri nadir harmonik sintez şəklində bir-birini tamamlayır və qarşılıqlı surətdə zənginləşir. Buna görə də biz hesab edirik ki, bütövlükdə Azərbaycan mədəniyyətinin hərəkət və inkişaf etdiyi yol xalqlar arasında qarşılıqlı anlaşmaya, bəşəriyyətin bütün rəngarəng mədəni irsinin qorunub saxlanmasına və artırılmasına doğru aparan optimal yoldur”.

Tələbkar və yüksək zövqlü niaqaralı tamaşaçılar, festivalın ali rütbəli qonaqları - siyasətçilər, parlament üzvləri, mədəniyyət xadimləri, Kanadanın, ABŞ-ın və digər ölkələrin görkəmli müasir musiqiçiləri konsert proqramının hər bir musiqi nömrəsini aşkar heyranlıqla və gurultulu alqışlarla qarşılayır, “bis”, “bravo” sözləri ilə öz hisslərini ifadə edirdilər. Konsertdə Üzeyir Hacıbəyli, Volfqanq Amadey Motsart, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Həsən Rzayev, Vaqif Mustafazadə, Firəngiz Əlizadənin əsərləri təqdim edilmişdir. Bu konsertdə dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun şagirdi, istedadlı gənc Azərbaycan bəstəkarı Kərəm Əkbərovun “Qəbələ” simfonik süitasının premyerası olmuşdur.

Niaqarada beynəlxalq Azərbaycan muğamı studiyasının direktoru, Kanada və ABŞ universitetlərinin professoru Riçard Osborn Kanada televiziyasına müsahibəsində demişdir: “Niaqarada Beynəlxalq Azərbaycan Muğamı Günü bu dəfə də çox uğurlu oldu! Bu tədbir təkcə kanadalı dinləyicilərin deyil, dünyanın bir sıra ölkələrindən Niaqara festivalına gəlmiş çoxsaylı qonaqların hamısının qəlbini fəth etmişdir. Axı, Azərbaycan muğamı bu ulu Tanrının böyük vergisidir. O, hər bir insanın qəlbinə yol tapır, çünki onda elə bir kosmik potensiya, elə böyük sirr vardır ki, dünya durduqca insanlar bu sirri öyrənməyə çalışacaqlar”.

Kanadada Azərbaycan günlərinə həsr edilmiş bütün mədəni tədbirlərin sonunda Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Milli Məclisin deputatları Arif Rəhimzadə və Elmira Axundova çıxış edərək Niaqara festivalının bədii rəhbəri Atis Bankasın şəxsində festivalın rəhbərliyinə, Niaqara regionunun qubernatoru Lord Geri Borrouya, Niagara on the Lake şəhərinin meri David İkə, Kanada parlamentinin deputatı Monte Kvinterə Kanadada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin uğurla keçirilməsinə göstərdikləri köməyə və fəal dəstəyə, habelə onların Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinə göstərdikləri səmimiyyətə görə təşəkkürlərini bildirmişlər.

Bütün Niaqara regionunun qubernatoru Lord Geri Borrou cavab sözündə demişdir: “Kanadada çox böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri elə bir mühüm faktı inandırıcı şəkildə təsdiq etdi ki, Şərq və Qərb sivilizasiyalarının mədəni nailiyyətləri uğurla sintez etmiş Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində bu gün Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilmişdir”.

O, Kanada ilə Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin daha da dərinləşməsini və hərtərəfli genişlənməsini arzu edərək bildirmişdir ki, Niaqara regionunun qubernatoru kimi Azərbaycanın musiqi sənətinin və mədəniyyətinin Kanadada və bütün Şimali Amerika qitəsində təbliğ edilməsi üçün zəruri şərait yaratmaq məqsədilə nə lazımdırsa edəcəkdir.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH