Kanadada meşə yanğınlarında üç yanğınsöndürən həlak olub
Bakı, 31 iyul, AZƏRTAC
Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınlarında daha bir yanğınsöndürən həlak olub və beləliklə təbii fəlakət nəticəsində həyatını itirən yanğınsöndürənlərin sayı üç nəfərə çatıb.
AZƏRTAC BBC telekompaniyasına istinadla xəbər verir ki, Kanadada nəzarətdən çıxan yanğınların üçdə biri Britaniya Kolumbiyasının ərazisinə düşür. Təhlükəli ərazilərdə yaşayan əhalinin cənuba - ABŞ sərhədinə doğru təxliyəsi davam edir.
Bu il ölkədə baş verən təbiət yanğınları 12 milyon hektardan çox meşə sahəsini külə çevirib. Qeydə alınan 990 yanğın ocağından 613-nü hələ də nəzarət altına almaq mümkün olmayıb. Kanadanın hakimiyyət orqanlarının məlumatına görə, bu il alovun məhv etdiyi meşə sahəsi tarixin ən yüksək səviyyəsinə çatıb.
Kanadada 1989-cu ilin aprel-sentyabr aylarını əhatə edən yanğınlar mövsümündə təxminən 7,6 milyon hektar meşə sahəsi məhv olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]