Kanev şəhərində Taras Şevçenkonun “Zapovit” əsəri Azərbaycan dilində səslənmişdir
Kiyev, 27 sentyabr (AZƏRTAC). Ukraynadakı Azərbaycan diasporunun gənc nümayəndəsi Daniel Əsgərov “Taras Şevçenko milli azlıqların dillərində” mövzusunda ədəbi qiraətlərdə iştirak etmiş, orada böyük kobzarın ölməz “Zapovit” (“Vəsiyyət”) əsərini Azərbaycan dilində oxumuş və fəxri diploma layiq görülmüşdür.
Bu barədə AZƏRTAC-a Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunda məlumat verilmişdir.
Tədbirlər Kiyev və Kanev şəhərlərində təşkil edilmişdir.
Ənənəyə görə, ədəbi qiraətlərin iştirakçıları və qonaqları əvvəlcə böyük şairin abidəsi önünə tər çiçəklər qoymuş, onun xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Sonra Kanevdə Dnepr sahillərindəki Çerneçya dağında böyük kobzarın məzarı yanında onun “Zapovit” əsəri Ukraynada yaşayan 19 xalqın dillərində, o cümlədən Azərbaycan dilində səslənmişdir.
Tədbir iştirakçıları Taras Şevçenko muzeyinə də baş çəkmiş, orada onun möhtəşəm rəsm əsərlərini reproduksiyaları ilə, Ukraynanın dahi şair və mütəfəkkirinin faciəli taleyi ilə daha yaxından tanış olmuşlar.
Əslində bu aksiya ilə T.Q.Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş Ümumukrayna bayram tədbirlərinə start verilmişdir.
Xatırladaq ki, UNESCO 2014-cü ili rəsmən Taras Şevçenko ili elan etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]