“KAPELLHAUS”DA “CASPİAN MOODS” ADLI SƏRGİ AÇILMIŞDIR
Sərgidə Hollandiya rəssamı Ronald Kleyerin və alman fotoqrafı Mixael Gerlixin Xəzər, Bakı və neft mədənləri mövzularında 50-dən çox əsəri nümayiş etdirilir. Rəssam Ronald Kleyer əslən Hollandiyadan olsa da 9 il Daşkənddə yaşamışdır. O demişdir: “İki il bundan əvvəl Bakını və onun ulu tarixini yaşadan İçərişəhəri görəndə buradakı qədim tikililər məni valeh etdi. Köhnə Bakı, İçərişəhərin daşlı küçələri, Xəzərin sahilində və dənizin qoynunda ucalan buruqları, neft mədənlərini çəkib kətan üzərinə köçürdüm. Artıq ikinci dəfədir Bakıya gəlirəm. Ümidvaram ki, sərgi Azərbaycan tamaşaçılarının ürəyincə olacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]