Karate 1 Premyer Liqa turnirində doqquz idmançımız mübarizə aparır
Bakı, 7 iyun, AZƏRTAC
Çinin Şanxay şəhərində Karate 1 Premyer Liqa turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışda Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (68 kq) təmsil edirlər.
Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyev, yarışı idarə edən referilər arasında yer alan beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimovun da daxil olduğu nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir.
Milli komandamız iyunun 11-ə Bakıya dönüb ikinci Avropa Oyunlarına hazırlığı davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]