İDMAN
Karateçilərimiz Slovakiya Qran-Prisində üç medal qazanıblar
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan karateçiləri Slovakiyanın paytaxt Bratislavada keçirilən Qran-Pridə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, turnirdə 16-17 yaşlı idmançıların yarışında Hüseyn Məmmədli (61 kq) və Fərid Ağayev (76 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Abbas Dadaşov (68 kq) isə yarışı ikinci pillədə başa vurub.
Millimiz yarışda “Təhsil” Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında mübarizə aparıb.
Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]