KARATENİN KYOKUŞİN KANTAKT NÖVÜ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLMİŞDİR
51 şəhər və rayondan 438 idmançının 14 çəki dərəcəsində mübarizə apardığı yarışları ölkəmizdə səfərdə olan beynəlxalq dərəcəli hakim, Avropa Kyokuşin Kantakt Təşkilatının prezidenti, VII dan qara kəmər sahibi Şıxan Antonio Pineronun rəhbərliyi ilə yerli hakimlər briqadası idarə etmişdir.
Yeniyetmələrdən Kain Mustafayev (25 kq), Rihad Feyziyev (30 kq), Namiq Əvəzli (35 kq), gənclərdən Zülfü Məmmədəliyev (40 kq), Çingiz Uznalov (45 kq), Tural Fətəliyev (50 kq), Rafael Qarayev (55 kq),
İlyas Səhrayi (60 kq), Emil Məmmədov (+60 kq), kişilərdən Samir Həsənov (60 kq), Sənan İsmayılov (75 kq), Azər Həsənov (+75 kq), qadınlardan Firuzə Ağabalayeva (45 kq), Könül Nəzərova (+50 kq) birinci yer tutmuşlar. Qaliblər yığma komandanın heyətinə cəlb olunaraq, mayın 23-27-də İspaniyanın Barselona şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşdırılacaqlar.
Yarışdan sonra karateçilərin döyüş bacarığının artırılması və müasir metodların mənimsənilməsi ilə bağlı seminar keçirilmişdir. Avropa Kyokuşin Kantakt Təşkilatının prezidenti qazandıqları uğurlara görə Tural Fətəliyevə və Ruslan Hüseynova I, Tofiq Niftəliyevə II dan qara kəmər təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]