KAYAKÇIMIZ RAMİL MƏMMƏDOV AVROPA BİRİNCİLİYİNİN YARIMFİNALINA VƏSİQƏ QAZANMIŞDIR
Bakı, 17 iyul ( AZƏRTAC). Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi davam edir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından bildirmişlər ki, yarışda Azərbaycanı təmsil edən kayakçımız Ramil Məmmədov bu gün 500 metr məsafəyə yürüşün seçmə mərhələsində mübarizə apararaq yarımfinala vəsiqə qazanmışdır.
20 yaşlı kayakçımız bu məsafəni 1 dəqiqə 56 saniyə qət edərək, 7 iştirakçı arasında 6-cı yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]