KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ ARİF HEYDƏROBUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Arif Heydərovun anadan olmasının 80 illiyi ərəfəsində keçirilən tədbirdə akademik İsmayıl İbrahimov, kitabı çapa hazırlayanlardan Azad Şərif, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru İsa Məmmədov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və başqaları xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuş generalın, görkəmli dövlət xadiminin yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söhbət açmış, xatirələrini danışmışlar. Onun Vətəni və xalqını dünyada hər şeydən çox sevdiyi, ən çətin, gərgin anlarda əməkdaşlarına, yoldaşlarına köməyə gəlməyə hazır olması qeyd edilmişdir. Bildirilmişdir ki, A.Heydərov kimi şəxsiyyətlərin həyat və fəaliyyəti gənclərimiz üçün örnək olmalıdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin 1996-cı il iyunun 28-də A.Heydərovun anadan olmasının 70 illiyi ilə əlaqədar keçirilmiş xatirə gecəsindəki çıxışından bir hissə göstərilmişdir.
Generalın həyat yoldaşı Ədilə Heydərova mərasimin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.