Kənan Quluzadə: əsas diqqət daxili turizmin inkişafına yönəldilib
Bakı, 11 mart, AZƏRTAC
Pandemiya ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda əsas diqqət daxili turizmin inkişafına yönəldilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.
K. Quluzadə qeyd edib ki, ümumən 2021-ci il bütün ölkələrdə xarici turizm ili kimi dəyərləndirilmir. Ümidlər 2022-ci illə bağlıdır. Dünya mütəxəssisləri də deyirlər ki, 2023-cü ilə qədər bu mövqelər artıq bərpa oluna bilər.
İlin ikinci yarısında xarici turizmlə bağlı müəyyən pozitiv gözləntiləriin olduğunu söyləyən Kənan Quluzadə deyib ki, yay turizminə dair ümidlər olsa da, bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]