Kənd Təsərrüfatı naziri Ucarda vətəndaşları qəbul edəcək
Bakı, 24 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də saat 11:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində Goranboy və Yevlax rayonları, nazir müavini Elçin Zeynalov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-339-10-69), Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-551-98-43) və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]