KƏND TƏSƏRRÜFATINDA KİÇİK MÜƏSSİSƏLƏRİN SAYI ARTIR
Azərbaycanın aqrar sektorunda indiyədək 400-ə qədər kiçik müəssisə yaradılmışdır. Bu gün kənd təsərrüfatının bütün sahələrində belə müəssisələrə rast gəlmək mümkündür. Onlar kənd yerlərində yaşayan minə qədər ailəni öz ətrafında birləşdirir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən illər ərzində digər təsərrüfat subyektlərində olduğu kimi, kiçik müəssisələrdə də yüksək artım sürəti müşahidə olunur.