Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib

Kəngərli, 7 avqust, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur. Dövlət Proqramına uyğun olaraq ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış tədbirində iştirak ediblər.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə edib. Yaşayış məntəqələrində müasir şərait yaradılıb. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq gənclər şahmat məktəbi və Elektrik şəbəkəsi üçün yeni binalar istifadəyə verilib. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.

Qıvraq qəsəbə sakini Əli Vəliyev deyib ki, bu gün Kəngərli rayonunda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlər müasir görkəm alır, yollar abadlaşdırılır. Bir neçə xidmət sahəsini özündə birləşdirən bu kompleksin istifadəyə verilməsi də təkcə Qıvraq qəsəbə sakinlərinin deyil, bütövlükdə rayon əhalisinin rahatlığına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi münasibəti ilə sakinləri təbrik edib, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin mart ayında imzaladığı müvafiq qanunla Kəngərli rayonu yaradılmışdır. Ötən 11 il ərzində rayon böyük inkişaf yolu keçmiş, lazımi infrastrukturlar yaradılmış, kəndlər abadlaşdırılmışdır. Bu işlər bu gün də davam etdirilir. Rayonun inkişafı əhalinin sayının artmasına da səbəb olmuşdur. Yeni yaradılarkən 25 min əhalisi olan Kəngərli rayonunda bu gün 31 mindən artıq əhali yaşayır.

Ali Məclisin Sədri deyib: Bu gün rayonun mərkəzi Qıvraq qəsəbəsində 6 minə yaxın əhali yaşayır. Bundan başqa burada böyük hərbi hissə yerləşir. Qəsəbədə yaşayanlara, hərbi hissədə xidmət edənlərə və ailələrinə ictimai iaşə, bazar və ticarət xidmətlərinin göstərilməsi vacib məsələ idi. Ona görə də ərazidə yeni kompleksin tikilməsi zərurəti yaranmışdı. İş adamları bu işin həyata keçirilməsinə təşəbbüs göstərdilər. Təkliflərə baxıldıqdan sonra layihə hazırlandı və kompleksin tikintisi həyata keçirildi. Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir. Hazırda Kəngərli rayonunda 12 hüquqi, 391 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kompleksin istifadəyə verilməsi ilə sahibkarlıq obyektlərinin sırasına biri də əlavə olundu.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə yeni iş yerlərinin açılması, əhalinin istehsal etdiyi məhsulların satışı üçün şəraitin yaradılması, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi əsas vəzifələrdəndir. Bu gün istifadəyə verilən kompleksdə sakinlərin ehtiyacları ödənilməklə yanaşı, 100-ə yaxın yeni iş yeri də açılmışdır. Binada yerləşən şadlıq sarayı sakinlərə toy mərasimlərini keçirməyə imkan verəcəkdir. Eyni zamanda burada hər həftənin şənbə və bazar günləri satış yarmarkalarının keçirilməsi üçün də lazımi şərait vardır. Artıq rayonun kəndlərində yaşayan torpaq mülkiyyətçiləri və fermerlər istehsal etdikləri məhsulların kompleksdəki bazarda rahat şəkildə satışını həyata keçirəcəklər. Ona görə də sahibkarlar və burada fəaliyyət göstərəcək insanlar yaradılan şəraitdən düzgün istifadə etməli, tikilənlər qorunmalı, təmizliyə əməl olunmalı, sakinlərə nümunəvi xidmət göstərilməlidir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və kompleksin uzun müddət rayon əhalisinə xidmət edəcəyinə əminliyini bildirib, bir daha təşkilatçılara təşəkkür edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, kompleksin tərkibinə ticarət mərkəzi, mağazalar, şadlıq sarayı və digər xidmət sahələri daxildir. Bina 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə kənd təsərrüfatı məhsullarının satışı üçün qapalı bazar, 2 ət satışı mağazası və anbar, ikinci mərtəbədə 7 müxtəliftəyinatlı mağaza və iş otaqları, üçüncü mərtəbədə isə şadlıq sarayı yerləşir. Həyətdə 24 yerlik açıq bazar, 12 müxtəliftəyinatlı mağaza, aptek, yeməkxana və kafe fəaliyyət göstərəcəkdir. Qapalı bazarda 30 piştaxta hazırlanıb və onların hər biri elektron tərəzi ilə təmin olunubdur.

Müasir dizayn əsasında inşa olunan 270 yerlik şadlıq sarayı toy mərasimləri və digər tədbirlərin keçirilməsi üçün münasib quruluşa malikdir. Ən müasir işıqlandırma, görüntü və səs sistemləri quraşdırılan şadlıq sarayında rayon əhalisinə nümunəvi iaşə xidməti göstəriləcəkdir. Kompleksdəki yeməkxana və kafe də müasir xidmət infrastrukturuna malikdir.

Bina müasir havalandırma, istilik, su və kamera-nəzarət sistemləri ilə təchiz olunub, həyətdə geniş abadlıq işləri görülüb, 2 avtomobil dayanacağı istifadəyə verilibdir.

Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda

yenidənqurma işləri davam etdirilir

Muxtar respublikada kəndlərarası yollar müasir standartlara uyğun qurulur. Şərur və Kəngərli rayonlarının bir neçə yaşayış məntəqəsini birləşdirən Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunun yenidən qurulması da bu istiqamətdə görülən işlərin davamıdır.

Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir. Yol yatağı 9 metrədək genişləndirilərək birinci qat asfalt örtük verilib. Yolboyu 84 su keçidi, 7 selötürücü, eləcə də yolun Qıvraq qəsəbəsindən keçən hissəsində 488 metr uzunluğunda beton kanal tikilib. Yol istifadəyə verildikdən sonra Naxçıvan-Sədərək magistral yoluna çıxmadan avtomobillərin kəndlərarası rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi və yolun ətrafında yaşıllıqların salınması barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranının fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellekt əsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma