“Kəpəz” Lənkəran səfərindən üç xalla ayrılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Topaz Premyer Liqasında XVII tur çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması “Xəzər-Lənkəran” ilə “Kəpəz” komandası arasında oynanılıb.
Turnir cədvəlinin orta sıralarında qərarlaşmış “Kəpəz” liderlərdən uzaq düşməmək üçün Lənkəranda yerli komandaya minimal hesabla qalıb gəlib - 1:0. Cənub təmsilçisindən mövsümün birinci dövrəsində də güclü olan baş məşqçi Şahin Diniyevin yetirmələri ardıcıl üç oyundur ki, meydanı bir xalla tərk edirdilər.
“Xəzər-Lənkəran” isə bu məğlubiyyətlə artıq altı matçdır xala həsrət qalıb. Belə ki, qarşılaşmanın yeganə qolu 66-cı dəqiqədə vurulub. “Kəpəz”in heyətində Şəhriyar Rəhimov fərqlənib.
Beləliklə, xallarının sayını 25-ə yüksəldən “Kəpəz” turnir cədvəlində altıncı pillədən beşinci yerə qalxıb. Hesabında 12 xal olan “Xəzər-Lənkəran” isə doqquzuncu sıradan yaxa qurtara bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]