Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb
Bakı, 22 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema Fransanın PSJ komandasında çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda nail olub.
Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/2006-cı il mövsümündən Çempionlar Liqasında qol vurur.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]