“Keşlə”-“Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatıb
Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun gününün ikinci matçında son çempion “Qarabağ" klubu səfərdə “Keşlə”nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Eyni xala malik “Keşlə” isə 2-ci pillədə qərarlaşıb.
Günün digər oyununda “Neftçi” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sentyabrın 12-də keçiriləcək “Səbail”- “Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah” - “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]