Kevin De Bröyne Messinin çıxış etdiyi kluba keçə bilər
Bakı, 8 aprel, AZƏRTAC
Cari mövsümün sonunda İngiltərənin "Mançester Siti" klubundan ayrılacağını açıqlayan Kevin De Bröyne karyerasını ABŞ-da davam etdirə bilər.
AZƏRTAC ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi MLS-də mübarizə aparan "İnter Mayami"nin maraq dairəsinə düşüb.
İddiaya görə, Devid Bekhemin sahibi olduğu, Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Busqets kimi futbolçuların çıxış etdiyi klub yaxın günlərdə 34 yaşlı pleymeykerlə danışıqlara başlayacaq.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının da təcrübəli futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Kevin De Bröyne bu mövsüm 30 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]