KİPRDƏ DANİMARKALI QIZI VƏHŞİCƏSİNƏ ÖLDÜRƏN BRİTANİYA ƏSGƏRLƏRİNİ AZADLIĞA BURAXIRLAR
Bu qətl hadisəsi Kiprdə 1994-cü ildə baş vermişdir. Əvvəlcə qatillərə ömürlük həbs cəzası kəsilmiş, lakin iki ildən sonra Britaniya Ali Məhkəməsi onların cəza müddətini 25 ilədək azaltmışdı. Bu qərar onunla əsaslandırılmışdı ki, ilk hökm çıxarılarkən aşağı instansiya məhkəməsi cinayətkarların gənc olduqlarını, əvvəllər hüquq qaydalarını pozmadıqlarını və alkoqollu içkilərə qurşanmadığını nəzərə almamışdır, halbuki bunlar təqsiri yüngülləşdirən hallardır.
İndi onlar 12 il yatdıqdan sonra azadlığa çıxırlar. Çünki, bildirildiyinə görə, özlərini həbsxanda yaxşı aparmış və əməllərindən peşman olmuşlar. Qatillərin müddətindən əvvəl azadlığa çıxmasının bir səbəbi də odur ki, Kipr Prezidenti Qlafkos Kleridis 1998-ci ildə seçkilərdə qalib gəldikdən dərhal sonra qismən amnistiya elan etmişdir.
23 yaşlı danimarkalı Luiza Yensenin öldürülməsi adanın tarixində ən qəddar qətllərdən biri olmuşdur. Üç sərxoş britaniyalı əsgər qızı oğurlayaraq, bel ilə ölənədək döymüş, sonra isə basdırmışdır. Ekspertiza sübut etmişdir ki, əsgərlər Luizanı öldürməzdən əvvəl onun namusuna toxunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]