Kirill Budanov: Ukraynada müharibə bitəcək
Kiyev, 28 iyul, AZƏRTAC
“Rusiyanın Ukraynada başlatdığı müharibə bitəcək. Bu proses təbiidir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məzunlar qarşısında çıxış edərkən bildirib.
Budanov qeyd edib ki, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün həlledici nəticələr verəcək qlobal məsələlər həll olunur.
“Müharibə mütləq başa çatacaq, bu, təbii prosesdir və bundan sonra bizim qarşımızda az vacib və mürəkkəb olmayan vəzifələr qalacaq”, - deyə Budanov bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, istənilən irəliləyiş müqavimətlə qarşılaşır və bu, normaldır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]