Kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasında iştirak edəcək
Bakı, 2 iyun, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, 8 ölkədən milli komandaların qatılacağı yarışda yığmamız “A” qrupunda mübarizə aparacaq. Millimiz qrup mərhələsində Albaniya, Makedoniya və İsveç yığmaları ilə görüşəcək.
Baş məşqçi Fərid Cəlalovun komandası iyunun 16-18-də qrup mərhələsinin I turunun oyunlarını Makedoniyada, digər oyunları isə iyunun 23-25-də Albaniyada keçirəcək.
“B” qrupunda isə Danimarka, Macarıstan, Ukrayna və İsrail milliləri mübarizə aparacaq.
Avropa Liqasının final mərhələsi iyulun 1-2-də baş tutacaq. Qrup mərhələsində ən çox qələbə qazanan iki komanda finala yüksələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]