Kişineuda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi (MAK) Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriblər.
Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar.
Səfirliyin əməkdaşları Moldova Azərbaycanlıları Konqresinin üzvləri ilə bərabər səfirliyin salonunda ümummilli lider Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyublar.
Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri İlham Ağayev və Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov tədbir iştirakçıları qarşısında çıxış edərək vurğulayıblar ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müasir Azərbaycan dövlətinin təməli qoyulub. Ulu Öndər təkcə ölkəmizi dağılmaqdan xilas etməyib, həm də onun gələcək inkişaf strategiyasını müəyyən edib. Hazırda həmin strategiya Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Çıxışlardan sonra müzakirələr olub.
Tədbir çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında nəşrlərin sərgisi təşkil edilib. Heydər Əliyev Fondunun nəşrləri ekspozisiyanın bəzəyi olub.
Moldovada çıxan nüfuzlu “Ekspert novostey” qəzetində Moldova jurnalisti Sergey Ryabininin Milli Qurtuluş Gününə həsr olunmuş geniş məqaləsi dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]