Kitabxanada “Bəşəriyyətə qarşı törədilən cinayət” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Bəşəriyyətə qarşı törədilən cinayət” adlı ədəbi-bədii gecə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının, müəllim, tələbə və şagird kollektivlərinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılmışdır. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarına Xocalı hadisəsinin mahiyyəti və acı nəticələri barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, dövlətimiz Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində böyük işlər görür. Eyni zamanda Xocalı həqiqətlərini dünyaya çatdırmaq hər bir vətəndaşın borcudur.
Tədbirdə 8 nömrəli musiqi, 193, 60, 45 nömrəli məktəblərin şagirdləri mövzu ilə əlaqədar ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Sonda faciəni əks etdirən kitablar və dövri mətbuat nümunələrindən ibarət sərgiyə baxış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]