Kitabxananın hazırladığı növbəti videoçarx Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialı Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda şairin poeziyasından nümunə səsləndirilib.
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Ana və şəkil” adlı ilk şeiri 1943-cü ildə çap olunub. 1943-cü ildən Yazıçılar Birliyinin üzvüdür. 1949-cu ildə “Mənim dostlarım” adlı ilk kitabı çap olunub. 1984-cü ildən Azərbaycanın Xalq şairidir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2009-cu il fevralın 13-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]