KİV: Moskvaya dron hücumu Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub
Kiyev, 24 iyul, AZƏRTAC
Pilotsuz təyyarələrin Moskvaya gecə hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə RBC-Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Rusiya paytaxtına hücum edib. PUA-dan biri “Leroy Merlin” mağazasının yerləşdiyi biznes mərkəzinə, digəri isə Rusiya Müdafiə Nazirliyinin binasına yaxın əraziyə düşüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]