KİV: Türkiyə və Suriya prezidentləri böyük ehtimalla avqustda görüşə bilərlər
Bakı, 29 iyul, AZƏRTAC
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqustda baş tutması ehtimalı yüksəkdir.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, danışıqlar Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər. Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərirlər.
Qəzetin köşə yazarı xatırladır ki, iyulun 23-də Moskvada Rusiya və Suriya prezidentləri Vladimir Putin ilə Bəşər Əsədin görüşü olub. Bundan iki gün sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Müəllifin fikrincə, bu təmaslar diplomatiya mətbəxində nəyinsə hazırlandığını göstərir.
Ərdoğanın Fidana Əsədlə görüşə hazırlaşmaq səlahiyyəti verdiyini xatırladan jurnalist qeyd edir ki, nazir Suriya tərəfinin qarşıdakı danışıqlarla bağlı ilkin şərt irəli sürmədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]