KİYEVDƏKİ HƏMYERLİLƏRİMİZ ERMƏNİSTAN SƏFİRLİYİ QARŞISINDA PİKET KEÇİRMİŞLƏR
Kiyev, 27 fevral (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Kongresi (UAK) və qurumun Kiyev təşkilatı Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar diasporumuzun üzvlərinin etiraz aksiyalarını keçirmişlər.
Kiyev meriyasının icazə verdiyi piketlər Ermənistanın Ukraynadakı səfirliyi və ATƏT-in bu ölkədəki nümayəndəliyi qarşısında keçirilmişdir. Həmyerlilərimiz əllərində Xocalının dinc əhalisinin qanlı qırğınına və Azərbaycan şəhərinin məhv edilməsinə görə erməni cəlladlarını lənətləyən plakat və şüarlar tutmuşlar. Onlar bir ağızdan erməni işğalçıları, qatilləri və separatçıları amansız məsuliyyətə cəlb etməyə çağıran şüarlar səsləndirmişlər.
Piketçilərin qarşısına çıxan erməni diplomatlara qətnamə, ATƏT missiyasının nümayəndəsinə isə müraciət təqdim edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]