KLASSİK MUSİQİ HƏVƏSKARLARINA HƏDİYYƏ
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2008-2009-cu il konsert mövsümünün açılışı olmuşdur.
Konsert MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Moskva Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə SSRİ xalq artisti, professor Yuri Simonovun dirijorluğu ilə MDB ölkələrinin gənclər simfonik orkestri çıxış etmişdir. Solist Rusiyanın əməkdar artisti Denis Matsuyev (pianino) olmuşdur.
Üzeyir Musiqi gününə həsr olunmuş konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün 2 nömrəli konsert”i, Rixard Baqnerin “Nürnberq meysterzingerləri” operasından uvertüra, İohann Ştrausun “Mavi Dunay sularında” valsı və Coakkino Rossininin “Sevilya bərbəri” operasından uvertüra səslənmişdir.
Musiqisevərlər orkestrin çıxışını alqışlarla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]