Klavdiya Mayorova: İlk dəfədir badminton turnirlərində bu qədər azarkeş görürəm
Bakı, 7 iyun, AZƏRTAC
“Azerbaijan International 2019” turnirinin təşkilatçılığı çox möhtəşəmdir. Sözün düzü, bu turnirin belə yüksək səviyyədə təşkil ediləcəyini gözləmirdim. Amma Azərbaycan həmişəki kimi bizi təəccübləndirdi. Adətən badminton turnirlərində azarkeşlərin sayı az olur. Lakin Bakıdakı turnirdə azarkeşlərin sayı çoxdur. İlk dəfədir ki, badminton turnirlərində bu qədər azarkeş görürəm.
Bu sözləri Bakı İdman Sarayında keçirilən “Azerbaijan International 2019” beynəlxalq badminton turnirində iştirak edən Rusiya milli komandasının baş məşqçisi Klavdiya Mayorova AZƏRTAC-a müsahibəsində bildirib.
L.Mayorova qeyd edib: “Bakı daim bizim üçün doğma şəhər olub. Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan əsl idman ölkəsidir. Badminton turnirinin keçirildiyi Bakı İdman Sarayı da möhtəşəmliyi ilə insanı valeh edir.
Xatırladaq ki, iyunun 9-dək davam edəcək “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 badmintonçu mübarizə aparır. Turnirin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]