Klublararası dünya çempionatı ardıcıl iki il Qətərdə keçiriləcək
Bakı, 3 iyun, AZƏRTAC
Qətər 2019-cu və 2020-ci illərdə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərar FIFA-nın İdarə Heyətinin Parisdə keçiriləcək iclasında rəsmi olaraq açıqlanacaq.
Klublararası dünya çempionatı əvvəllər yeddi komandanın iştirakı ilə hər ilin dekabrında keçirilib. Çempionatın iştirakçılarının sayı 2021-ci ildən 7-dən 24-dək artırılacaq. Onlardan 8-i UEFA-nı, 6-sı Cənubi Amerika Futbol Konfederasiyasını, 3-ü Şimali Amerika, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Futbol Assosiasiyasını, 6-sı Afrika Futbol Konfederasiyasını və Asiya Futbol Konfederasiyasını, 1 klub isə Okeaniya Futbol Konfederasiyasını təmsil edəcək.
Xatırladaq ki, 2017-ci və 2018-ci illərdə dünya çempionatına Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]