KOBİA-nın nümayəndələri ət kəsimi məntəqəsində fermerlər üçün yaradılmış şəraitlə tanış olublar
Bakı, 26 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Qurban bayramı ərəfəsində ət kəsimi məntəqəsində olublar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin nümayəndələri Lökbatanda ət kəsimi məntəqəsində kəsim həyata keçirmək istəyən fermerlər üçün yaradılmış şərait və xidmət imkanları ilə maraqlanıblar.