KÖÇKÜNLƏRİN SU PROBLEMİ HƏLL OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qış yataqlarında əhalini içməli su ilə təmin etmək üçün 16 subartezian quyusu qazılmış, magistral su kəmərində və mərkəzi nason stansiyasında təmir-bərpa işləri başa çatdırılmışdır. Bundan başqa Kür çayı üzərində 4 elektrik nasosu qoyulmuş, 10 yaşayış məntəqəsini təsərrüfat suyu ilə təmin etmək üçün dizel mühərriki quraşdırılmışdır. Rayonun 19 yaşayış məntəqəsinə olan içməli su xətti çəkilmiş və bu 600 milyon manata başa gəlmişdir.
Qış yataqlarına təsərrüfat və içməli su xətlərinin çəkilişi davam etdirilir.