KOFİ ANNAN BMT-NİN MÜHAFİZƏ İŞİNDƏ İSLAHATLAR APARMAĞI TƏKLİF ETMİŞDİR
K.Annan elə həmin gün Baş Məclisin büdcə məsələsinə dair iclasında çıxış edərək bildirmişdir ki, son illər BMT-nin müəssisələri və əməkdaşları tez-tez zorakılıq hücumlarının obyektlərinə çevrilir, Təşkilatın əməkdaşları dünyanın hər yerində görünməmiş təhlükə ilə üzləşirlər.
O, təşkilatın əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını özünün başlıca vəzifəsi adlandırmış və demişdir ki, yeni şərait BMT-nin mühafizə işində təcili surətdə islahatlar aparılmasını tələb edir.
K.Annan gələn il muzdla çoxsaylı mühafizəçilər tutulmasına, onların hazırlığına və daha mükəmməl mühafizə avadanlığı alınmasına 97 milyon dollar ayırmağı təklif etmişdir. Eyni zamanda, təhlükəsizlik məsələləri üzrə katiblik yaratmaq və mühafizə işini bilavasitə BMT baş katibinə hesabat verəcək müavinlərindən birinə həvalə etmək təklifini də irəli sürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]