KÖLNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Köln şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü, Azərbaycanın Almaniyadakı səfirliyi və Köln şəhəri mədəniyyət şöbəsinin dəstəyi ilə baş tutmuş tədbiri şöbənin rəhbəri Johannes Bunk açaraq, azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik etmişdir.
Koordinasiya mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə soydaşlarımıza ünvanladığı müraciətini oxumuşdur.
Tədbirdə iştirak edən soydaşlarımıza və Almaniya ictimaiyyətinin nümayəndələrinə Azərbaycanın tarixi, mədəniyyəti, elmi, incəsənəti, təbii sərvətləri, iqtisadiyyatı və bugünkü inkişafı barədə məlumat verilmişdir.
Sonra Azərbaycan musiqisindən ibarət konsert olmuş, Azərbaycanın xalq mahnıları, vokal musiqisindən nümunələr ifa olunmuşdur.
İştirakçılar, Kölndə yaşayan rəssam Marqarita Kərimovanın Azərbaycana həsr etdiyi rəsm əsərlərindən və Azərbaycanın mədəniyyətindən, tarixindən, təbiətindən bəhs edən kitab və digər nəşrlərdən ibarət guşəyə də baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]