Komandalararası Avropa çempionatının III turunda qadın şahmatçılarımız Avstriya yığmasını məğlub edib
Bakı, 27 oktyabr, AZƏRTAC
Batumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib - 3,5:0,5. Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler üzərində qələbə qazanıblar. Komandamızın digər üzvü Gülnar Məmmədova Julia Novkoviclə heç-heçə edib. Bu nəticə ilə qadın yığmamız turnir cədvəlində xeyli irəliləyərək 8-ci yerdə qərarlaşıb.
Kişilərdən ibarət komandamız Ukrayna yığmasının üzvləri ilə mübarizə aparıblar. Təmsilçilərimizdən üçü - Şəhriyar Məmmədyarov Vasili İvançuk, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk ilə heç-heçə ediblər. Yığma üzvlərindən yalnız Arkadi Naydiçin Yuri Kuzobovla qarşılaşması məğlubiyyətlə bitib. Nəticədə yığmamız Ukrayna komandasına məğlub olub - 1,5:2,5.
Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]