Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib
Bakı, 9 aprel, AZƏRTAC
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkib. Qarşılaşma La Liqa təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Günün digər 3 görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"ın, Fransa "Strasburq"u Almaniyada "Maynts"ın, Niderlandın "AZ Alkmaar" kollektivi isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qonağı olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]