Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq
Bakı, 19 may, AZƏRTAC
Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, səfərdə Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb. Oyunda yeganə qolu 94-cü dəqiqədə Fornals vurub. Qeyd edək ki, komandalar arasında ilk matç da “Vest-Hem”in xeyrinə başa çatmışdı - 2:1.
İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib. “Bazel” klubu İtaliyada sürpriz şəkildə “Fiorentina”nı məğlubiyyətə uğratsa da (2:1), öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar. Oyunda qolları “Fiorentina”dan Nikolas Qonzales (2) və Barak vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Amduni imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]