Konstantin Kosaçyov: Vyana görüşü tammiqyaslı danışıqların bərpa olunacağından xəbər verir
Moskva, 20 may, AZƏRTAC
RF Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Azərbaycanın və Ermənistanın dostları olan Rusiyanın və başqa dövlətlərin rolu sülh prosesinə kömək etməkdən ibarətdir. Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiya tamamilə qərəzsiz mövqe tutur. Biz bu və ya digər qərarı onun bu və ya digər tərəfin maraqlarına cavab verdiyinə görə təşviq etmək istəmirik. Fikrimizcə, məsələnin sülh yolu ilə həlli hər iki tərəfin maraqlarına uyğundur. Bu mənada Vyana görüşü olduqca vaxtında keçirilmiş və çox vacib görüşdür, o, tammiqyaslı danışıqların bərpa olunacağından xəbər verir”.
K.Kosaçyov qeyd edib ki, münaqişənin ən optimal həlli “5+2” formuludur. O, daha sonra əlavə edib: “Rusiya tərəflərin hər hansı qərarına, o cümlədən parlament səviyyəsində kömək edəcək”.
K.Kosaçyovun sözlərinə görə, ardıcıl olaraq Azərbaycan qarşılıqlı fəaliyyətin ikitərəfli layihələrinin və formatlarının prioriteti mövqeyin i tutur. O, sonda deyib: “Bizim fikrimizcə, çoxtərəfli formatlar da az əhəmiyyət kəsb etmir. Əgər Azərbaycan çoxformatlı əməkdaşlıqda öz işini fəallaşdırmaq istəsə, biz bunu alqışlayacağıq. Əgər belə olmasa, biz öz həmkarlarımızla ikitərəfli əsasda işi davam etdirəcəyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva