Konstitusiya məhkəməsi Tailandın Baş nazirini vəzifədən kənarlaşdırıb
Bakı, 14 avqust, AZƏRTAC
Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Setthi Thavisini etik normaların kobud şəkildə pozulmasında təqsirli bilib və onun vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.
AZƏRTAC “Bangkok Post”a istinadla xəbər verir ki, Thavisin 2024-cü ilin yazında hakimə 2 milyon Tailand bahtı (təxminən 55 min dollar) məbləğində rüşvət verməkdə ittiham olunan keçmiş məhbus Piçit Çınbanı Baş nazirin dəftərxana rəisi təyin edib. Bu kadr qərarı böyük qalmaqal yaradıb və Çınban təyinatdan cəmi bir neçə həftə sonra istefa verməyə məcbur olub.
Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq hökumət başçısının müavini Pumtam Veçayaçay icra edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]