KOREYA RESPUBLİKASINDA DƏNİZ ÜZƏRİNDƏ “GƏZİŞMƏK” MÜMKÜN OLACAQDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, avqustun 10-12-də Cənubi Koreyanın Çollanam–do əyalətində qeyri-adi təbiət hadisəsi müşahidə ediləcəkdir. Xodon-li və Modo-ri adaları arasında su üzərində “gəzişmək” mümkün olacaqdır. Belə ki, dənizdə səhər və axşam qabarma və çəkilmə arasında fərq üzündən qısa müddətdə uzunluğu 2,8 kliometr, eni 40 metr olan nazik quru zolaq yaranacaqdır.
Təbiətin möcüzəsini görmək və dənizin düz ortasında yaranan cığırda gəzişmək üçün hər il buraya 400 mindən çox yerli sakin və turist gəlir. Hesab olunur ki, belə gəzintilər insana uğur gətirir, ilin bu iki günü isə “dəniz yolu misteriyası” adlandırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]