KOREYALI TAEKVONDOÇULAR GƏNCƏDƏ TƏLİM KEÇİRLƏR
Gəncə, 15 avqust (AZƏRTAC). Koreya Respublikasından gəlmiş taekvondoçular Gəncə Olimpiya İdman Kompleksində regionun idmançıları üçün təlim məşqlərinə başlamışlar.
Gəncə ilə yanaşı Şəki, Zaqatala, Qazax, Tovuz, Ağcabədi və sair rayonların idmançıları da hər gün koreyalı mütəxəssislərin iştirakı ilə gərgin məşqlər edir, bu idman növünün sirlərinə yiyələnirlər.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Gəncə regional nümayəndəliyinin rəhbəri Sahib Rzayev bu barədə məlumat verərək demişdir ki, ATF-in dəstəyi ilə keçirilən təlimlərin əsas məqsədi yeni metodların öyrənilməsi və inkişafı ilə bağlı təcrübə mübadiləsi aparmaq, eləcə də Olimpiya oyunlarına aid olan bu idman növünün yarış qaydaları barədə iidmançılara ətraflı məlumat verməkdir.
Təlimlər bir həftə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]