“Kosmos-482” aparatı proqnoza uyğun şəkildə Yerə deyil, Hind okeanına düşüb
Moskva, 10 may, AZƏRTAC
1972-ci ildə Veneraya buraxılan "Kosmos-482" planetlərarası stansiya Hind okeanına, Cakartanın qərb sahilinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Roskosmos” özünün “Telegram” kanalında məlumat yayıb. Təxminən 500 kiloqram ağırlığında olan cihaz Moskva vaxtı ilə saat 9:34-də atmosferin sıx təbəqələrinə daxil olub. “Kosmos-482”nin orbitdən enməsi yerə yaxın kosmosda təhlükəli vəziyyətlərə dair Avtomatlaşdırılmış Xəbərdarlıq Sistemi tərəfindən izlənilib.
Mütəxəssislər bundan əvvəl xəbərdarlıq etmişdilər ki, gücləndirici qurğuda nasazlıq yarandığı üçün aparat Yerin yüksək elliptik orbitində qalıb və idarəolunmaz hala düşüb. Onlar “Kosmos-482”nin orbitinin parametrlərinə əsasən onun Misir, Suriya, Türkiyə və ya Azərbaycanda düşə biləcəyini ehtimal edirdilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]