KRIMDA TÜRK DÜNYASI GƏNCLƏRİ GÜNÜ DAVAM EDİR
Kiyev, 13 avqust (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, avqustun 10-da Krım Muxtar Respublikasında (Ukrayna) Türk Dünyası Gəncləri günü başlanmışdır. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əkrəm Abdullayev iştirak edir.
Avqustun 12-də tədbir çərçivəsində Simferopolun mərkəzində “Sülh və həmrəylik yürüşü” keçirilmişdir. Şəhərin mərkəzi meydanında fəallar sülhün rəmzi olan ağ göyərçinləri səmaya buraxmışlar.
Avqustun 10-dan Krım Muxtar Respublikasında keçirilən Beynəlxalq Türk Gəncləri Birliyinin XIV qurultayının iştirakçıları Krım tatarlarının inşa edəcəkləri məscid binası üçün Yalta küçəsində ayrılmış torpaq sahəsinə baxmışlar.
Türk Dünyası Gəncləri günü və qurultay avqustun 15-dək davam edəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]