KTMT-nin Daimi Şurasının təcili iclası təxirə salınıb
Moskva, 13 iyul, AZƏRTAC
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının təcili iclası təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
Xatırladaq ki, bundan əvvəl təşkilatın baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan sərhədində vəziyyətlə əlaqədar iyulun 13-də KTMT-nin Daimi Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
V.Zaynetdinov deyib: “KTMT-nin Daimi Şurasının iclasının keçirilməsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə formatının müəyyən edilməsi üçün üzv dövlətlərlə əlavə məsləhətləşmələr aparılması zərurəti ilə əlaqədar təxirə salınıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]